Erməni xalqı birləşib Azərbaycanla sərhəddə sədd tikməlidir.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, o zaman Tavuş vilayəti rahat yaşayacaq.
Bu ideyanı “Novosti Armenii” müxbirinə verdiyi müsahibədə Ermənistanın iqtidar partiyasının deputatı, Qarabağ müharibəsi iştirakçısı Aşot Ağababayan səsləndirib.
“Böyük Çin səddinə bənzər erməni səddi tikilməlidir. O, təxminən 750-800 km uzunluqda olacaq”, - deputat bəyan edib.
O, həmçinin erməni-Rusiya münasibətlərinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb: “Nə alman, nə amerikan, nə də digər gəmilər üzüb gələ bilməzlər” deputat deyib.
Ümumilikdə parlamentari hesab edir ki, kiçik qarşıdurmalar hərbi əməliyyatlara çevrilə bilər.