Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Erməni deputatların Kreml qorxusu: Paşinyan Rusiyanı Aİ-yə satır...
Ermənistan parlamentində martın 7-də hakim “Vətəndaş sazişi” Partiyasının deputatları ilə baş nazir Nikol Paşinyanın iştirakı ilə qapalı görüş keçirilib.
Geniş tərkibdə keçirilən görüşdə partiya üzvləri ilə yanaşı xarici işlər naziri Ararat Mirzoyan, baş nazirin müavinləri, Armen Qriqoryan və s. rəsmilər iştirak ediblər.
Qeyd edək ki, bundan öncəki görüş zamanı Paşinyan deputatlara Avropa İttifaqı üzvlüyünə namizədlik üçün müraciət etmək niyyətini ifadə etmiş və deputatlardan növbəti görüşə qədər müvafiq məsələni düşünmələrini istəmişdi.
İclasda deputatların bir çoxu çıxış edərək mövzu ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Belə ki, partiyanın Sorosçu qanadı iclasda qəribə şəkildə passiv olub, bir çoxları hətta iclasa qatılmayıblar. Əsasən iki deputat Vaaqn Aleksanyan və fraksiya rəhbəri Ayk Koncoryan qəti şəkildə Qərblə münasibətlərə dəstək veriblər.
Əksər deputatlar isə qorxuları dilə gətiriblər. Onları maraqlandıran əsas suallar Qərb tərəfindən Ermənistana heç bir alternativin təklif olunmaması, maddi yardım, təhlükəsizlik kimi məsələlərin təmin edilməməsi olub. Bundan əlavə bildirilib ki, Rusiya ilə münasibətlərin korlanması halında Lars yolu bağlanacaq ki, bu da iqtisadi böhrana səbəb olacaq. Belə olan halda Avropa bazarlarının Ermənistan məhsullarını qəbul edib etməyəcəyi isə sual altındadır.
İclasda XİN rəhbəri Ararat Mirzoyan müəmmalı tərzdə diqqət çəkib. Belə ki, o çıxışı zamanı Ermənistanın Rusiyadan asılılığın çox böyük olduğunu və bunun müvafiq prosesdə risklər yaratdığını bildirib. Bir sıra deputatlar da onun bu fikirlərini dəstəkləyiblər. Ancaq A.Mirzoyan deputatların onu yanlış anladığını və risklərə baxmayaraq, Ermənistanın bu addımı atmalı olduğunu söyləyib.
Bəzi deputatlar Aİ-yə namizədlik müraciətindən sonra Ermənistanı kədərli hadisələrin gözlədiyini bildiriblər.
Mənbə: Hraparak
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
Rəylər