Məni de-yure, me-yure maraqlandırmır, de-fakto maraqlandırır. Düşməni məhv etmək, əzmək ki, sakitləşsinlər.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu açıqlamanı Ermənistan silahlı qüvvələrinin 4-cü ordu korpusunun komandiri Andranik Markaryan bildirib.
Naxçıvanla sərhədə nəzarət edən korpusun komandiri coğrafi baxımdan təmas xəttində hər iki tərəfin üstünlükləri olduğunu bildirib:
“Cəbhənin müxtəlif istiqamətlərində vəziyyət müxtəlifdir. Elə ərazilər var ki, əsas yüksəkliklər bizdə, eləsi də var ki, azərbaycanılardadır”.