Ermənistanın fövqəladə hallar naziri Armen Yeritsyan ağır vəziyyətdə “Nairi” xəstəxanasına çatdırılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, onun ağır vəziyyətdə olduğu və ciddi xəstəliyinin aşkarlandığı bildirilir.
Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilmir.
Yeritsyan 2010-cu ildən Ermənistanın fövqəladə hallar naziri postunu icra edir.
N.О.