Erməni ordusunun əsgəri, milliyyətcə yezidi-kürd olan Xdr Saroyan ölüb.
Oxu.Az “news.am”a istinadən xəbər verir ki, əsgərin ölüm səbəbi onkoloji xəstəlik olub.
X.Saroyan İrəvan Universitetinin Teologiya fakültəsinin birinci kurs tələbəsi idi.
Ararat vilayətinin Noramarq kəndinin nümayəndəsi bəyan edib ki, X.Saroyan bu ilin yanvar ayının 12-də orduya çağırılıb. Andiçmə mərasimindən sonra o, özünü pis hiss edib, bir müddət xəstəxanada yatıb.
Hərbi xidmətə çağırışa qədər X.Saroyanın xəstəliyi barədə heç kim bilmirdi.