Ermənistanın daimi əhalisi 2014-cü il ilə müqayisədə azalıb.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə iyulun 31-də Ermənistanın Milli Statistika Xidmətinin demoqrafiya şöbəsinin rəisi Karine Kuyumcyan bildirib.
O, əhalinin azalmasının mühacirətin mənfi saldosu ilə əlaqədar olduğunu əlavə edib.
Rəsmi statistikaya görə, 2015-ci ilin iyulun 1-nə olan məlumata əsasən, əhali 3 milyon 5500 nəfərdən ibarət olub, bura 1 il müddətində respublikadan xaricdə olanlar da daxil edilib.
2014-cü ilin iyul ayının 1-də qeydiyyatdan keçirilən 3 milyon 9800 rezidentlərlə müqayisədə əhalinin sayı 4300 nəfər azalıb.