Ermənistanın silahlı qüvvələrində kiber-qoşunlar yaradılacaq, Oxu.Az Novosti-Qruziya-ya istinadən xəbər verir.
“Ermənistan Müdafiə Nazirliyi ordunun kiber-təhlükəsizliyini təmin edən müasir bölüklərin yaradılmasının labüdlüyünü nəzərə alaraq, qabaqcıl dünya təcrübəsini nümunə götürməyi qərara alıb”, - nəşr yazıb.
Müdafiə Nazirliyinin müvafiq idarəsi İrəvan riyazi maşınları zavodu “Müəssisələr inkubatoru” fondu ilə bərabər yaxın günlərdə silahlı qüvvələrin informasiya təhlükəsizliyini təmin etmək üçün müasir bölük – çağırışa qədər yaşda olan gənclər üçün tədris mərkəzi yaradacaqlar.
Proqramın yerinə yetirilməsi nəticəsində, müvafiq silahlı qüvvələrin sıralarında informasiya texnologiyaları sahəsi üzrə kvalifikasiyaya malik və yüksək səviyyəli mütəxəssislər olacaq.
A.İ.