Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistan KİV: “Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq”
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər.
Bu barədə Ermənistan mətbuatında dərc edilən yazıda qeyd olunub.
Mənbə iddia edir ki, bu Paşinyanın yaxın çevrəsinin verdiyi məlumatlara əsasən məlum olub. İki ay əvvəl Təhlükəsizlik Şurasının iclaslarının birində Paşinyan dörd kəndin yaxın vaxtlarda Azərbaycana verməyə hazırlaşmasından söz açıb.
Yazıda Paşinyanın “TikTok”dakı dünənki çıxışı zamanı onun kənd camaatına dediyi “Mən bu haqda fikirləşib, sizə cavab verəcəyəm” fikirləri növbəti yalan olduğu iddia olunur. Baş nazir hədə ilə bildirib ki, kəndlər verilməsə, müharibə başlayacaq.
Qeyd olunur ki, dünən səhər tezdən Tavuş sakinləri etiraz aksiyası keçirmək və yolu bağlamaq niyyətlərini bildirdikdən sonra Tavuşa iki avtobusla polis göndərilib. Lakin polis Voskeparda çox az qalıb: kənd camaatı onları gördükdən sonra hay-küy salıblar. Etiraz aksiyası Voskepar sakinlərindən birinin dəfn mərasimi ilə əlaqədar təxirə salınıb.
Nəşrin verdiyi məlumata görə, Paşinyan Tavuş sakinləri ilə görüşə sinif yoldaşı, daxili işlər naziri Vaqe Qazaryanı da özü ilə aparıb.
Mənbə: Hraparak
Rəylər