Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistan KİV: Putin Paşinyanın zəngini cavabsız qoyub
Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.
Bu iddia ilə Ermənistanda dərc edilən “Hraparak” nəşri Ermənistan hökumətindəki mənbəsinə istinadən çıxış edib.
“Sentyabrın 9-da Ermənistan baş naziri ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstan baş naziri ilə telefon əlaqəsi saxlayıb. Nikol Paşinyan Vladimir Putinlə də əlaqə saxlamağa çalışıb. Lakin Kremldən ona cavab verilməyib, bundan sonra o, Vladimir Vladimiroviçə geniş məktub göndərib və Putin bunu Vladivostok konfransında bildirib”, - qəzet yazır.
Yazıda iddia edilir ki, həmin məktubda Nikol Paşinyan Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onların Kremlə qarşı olmadığına inandırıb.
“Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışıb”, - nəşr yazır.
"Almaniya" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
- Almaniyada xəstəlik məzuniyyətində olan işçiləri detektivlər yoxlayacaq
- Şolts Ukraynaya çatacaq hərbi yardımın qarşısını alır
Rəylər