Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistan müxalifəti Paşinyana qarşı impiçment proseduruna başlayıb - YENİLƏNİB + VİDEO
Ermənistanda müxalifət parlamentdə baş nazir Nikol Paşinyana qarşı impiçment proseduruna başlayıb.
Bunu “Vətən üçün Tavuş” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan İrəvanda Respublika meydanında keçirilən mitinqdə deyib.
“Biz parlamentdə impiçment prosedurlarına başlayırıq və bununla bağlı hər üç parlament fraksiyaları ilə məsləhətləşəcəyik”, - arxiyepiskop bildirib.
Bundan əlavə, mitinqdə insident də yaşanıb. Aksiya zamanı sərxoş sürücü “KamAZ” yük maşınını kuzovu qaldırılmış şəkildə izdihamın üstünə sürüb, xəsarət alan olmayıb.
Ermənistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yük maşınının sürücüsü saxlanılıb. O, xuliqanlıqda şübhəli bilinərək polis bölməsinə aparılıb.
Mənbə: Ermənistan KİV
19:30
Arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş nazirinə istefa vermək üçün bir saat vaxt verib.
Bu barədə keşiş İrəvanda Respublika meydanında keçirilən mitinqdə bildirib.
Qeyd olunur ki, Qalstanyan yaxın bir saat ərzində Paşinyanla görüşməyə və onunla istefa şərtlərini müzakirə etməyə hazırdır.
Mənbə: Ermənistan KİV
16:30
Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar. Şəhərdə gərginlik artıb, əlavə polis qüvvələri yeridilib.
Məlumata görə, Ermənistan hökumətinin binası təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Polis qüvvələri mitinqin olacağı Respublika meydanına bitişik küçələrdə, o cümlədən hökumət evinin arxa tərəfində cəmləşib.
Bundan başqa, İrəvandakı Opera Teatrının ətrafında polis qüvvələri yerləşdirilib.
14:24
Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar.
Məlumata görə, şəhərin girişində toplaşanlar Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının keşişi, arxiyepiskop Baqrat Qalstanyanı qarşılayıblar.
“Biz cavabları gözləyirik və insanlar cavab almaq üçün kortəbii şəkildə bura toplaşıblar”, - deyə arxiyepiskop bildirib.
Mənbə: Sputnik Ermənistan
Rəylər