Rusiyalı bloqçu Sergey Yevstifeyevin Ermənistanın Qafan şəhərinə səfəri zamanı söhbət etdiyi 70 yaşlı kilsə xidmətçisi Ermənistan ordusu barədə ifşaedici fikirlər söyləyib.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bloqçunun Youtube yerləşdirdiyi videoda yer almış Edik adlı erməni keşiş 1963-1966-cı illərdə Rusiyanın Sankt-Peterburq şəhərində əsgəri xidmətdə olduğunu söyləyib. Onun sözlərinə görə, hazırkı Ermənistan ordusu nizam-intizama görə sovet ordusundan çox geri qalır.
“Onda dövlət var idi, indi hər şey batıb. Orduda hər şeyə görə pul tələb edirlər. Pul verməsən, baxmırlar. Sovet dövründə iş vardı, pul vardı. Onda ət də, kolbasa da yeyirdik. Hamı müharibə, işsizlik üzündən ölkədən qaçıb. Leninqrada, Moskvaya, bütün Rusiyaya səpələniblər. Əlil adamam, 305 rubl (9 dollar) verirlər, buna yaşamaq olar?” - deyə, yaşlı keşiş şikayətlənib.