Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ermənistan ordusunda kadr çatışmazlığı: Təqaüddə olan hərbçilər xidmətə çağırılacaqlar
Ötən gün Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilən iclasda Ermənistan ordusunda kəskin kadr çatışmazlığı müzakirə edilib.
Oxu.Az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədr müavini Armen Xaçatryan təqaüddə olan zabitləri xidmətə geri qaytarmaq barədə təklif verib.
Onun sözlərinə görə, məhz 18-20 yaşlı zabitlərin orduya rəhbərlik etməsi nəticəsində hərbi hissələrdə ölüm hadisələrinin sayı artıb.
Qeyd olunur ki, müzakirələrdə razılıq əldə olunub və müvafiq təkliflərlə hökumətə müraciət ediləcək.
"Ermənistan" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı ildə hazır olacaq
- Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edilib
Ən çox oxunanlar