Aprelin 6-na keçən gecə Ermənistan ərazisində zəlzələ baş verib.
Oxu.Az Ermənistan KİV-nə istinadla xəbər verir ki, 3.5 bal gücündə yeraltı təkan saat 05:26-da qeydə alınıb.
Zəlzələnin hiposentri 10 km dərinlikdə olub. Episentrdə yeraltı təkanların gücü 4-5 bal olub.
Zəlzələ Qavar, Martuni şəhərlərində, Eranos kəndində 3-4 bal gücündə hiss olunub. İrəvanda zəlzələnin gücü 2-3 bal təşkil edib.
www.oxu.az