Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan vəzifədən azad edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, müdafiə naziri Vigen Sarkisyan jurnalistlərə açıqlamasında A.Baqmanyanın işdən çıxarıldığını təsdiqləyib.
Onun öz ərizəsi ilə vəzifədən azad olunduğu bildirilib.
N.O.