Terror aktları törətmək məqsədilə Ukraynanın Odessa şəhərindən Voronejə (Rusiya) göndərilən partlayıcı maddələr Gürcüstanda saxlanılıb.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib.
Məlumata görə, partlayıcı maddələrin daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak ediblər. Yük yanvarın 19-da ölkə ərazisinə çatdırılıb.
Bir detonator və altı xüsusi açar olan partlayıcının ümumi çəkisi 14 kq olub.
Maddələrin daşınmasının təşkilatçılarının Gürcüstanda da terror aktları törətməyi planlaşdırdıqları istisna edilməyib.
Mənbə: TASS
Rəylər