Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistan xüsusi xidmət rəhbərlərinin gizli söhbəti yayıldı – AUDİO
“YouTube” servisində bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın Koçaryanın, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı müzakirələr etdikləri telefon danışığı yerləşdirilib.
Oxu.Az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu danışığın olduğunu təsdiqləyib.
Audioyazıda Xaçatryan deyir ki, yaxın vaxtlarda Koçaryana qarşı ittiham irəli sürüləcək və o, həbs olunacaq, həmçinin bildirilib ki, Xaçaturova qarşı da ittiham irəli sürüləcək.
MTN direktoru buna cavab olaraq, Xaçaturova toxunmamaqla bağlı xəbərdarlıq edib.
“O, KTMT-nin rəhbəridir, ona dəymək lazım deyil (...) biabır olacağıq (...) Heç olmasa başqa yerə getməmək haqqında iltizam tədbiri görülsün. Rusiyalılarla çətinliklə barışmışam (...) İndi biabır olacağıq”, - Ermənistan MTN-nin direktoru bildirib.
“Onu bağlamayaq? O, artıq bizdədir. Baş nazirlə danış, mən ona həbs-qətimkan tədbirinin seçiləcəyini demişəm”, - Xaçatryan cavab verib.
Digər telefon danışığında Vanetsyan Xaçaturov işində ehtiyatlı olmağa çağırıb.
“Xaçaturovla bağlı diqqətli olun, baxmayaraq ki, o (Paşinyan – red.) bağlanmasını tapşırıb (Xaçaturovun həbsini). Rusiyalılar əsəbidirlər”, - Vanetsyan deyib.
Bu audioyazını şərh edən Nikol Paşinyan bəyan edib ki, dinlənilməni 2008-ci il hadisələrinin araşdırılmasına qarşı olan şəxslər həyata keçirib.
O əlavə edib ki, Ermənistanın sabiq prezidentləri Koçaryan, Sarqsyan, sabiq baş nazir Ovik Abraamyan və digər məmurlar “taladıqları malların geri qaytarılmasının vaxtının çatdığını” başa düşürlər.
Ermənistan hökuməti bu işlə bağlı araşdırmaların davam edəcəyini vəd ediblər.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
Rəylər