Bu gecə Ermənistanın Araqatsontsk vilayətində atışma olub.
Oxu.Az “Novosti-Armenii”ya istinadən xəbər verir ki, 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Atışma Araqatsavan kəndində baş verib. Baş verənlərin təfərrüatları müəyyənləşdirilir.
Ölənlər 40 yaşlı Artem Hamoyan və 49 yaşlı Vardges Qalstyandır. Yaralanan şəxs ölənlərdən birinin qohumudur. İş üzrə saxlanılan var.