Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ermənistanda iki rusiyalı HƏBS EDİLDİ
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistan İstintaq Komitəsinin vəsatəti üzrə iki rusiyalını iki ay müddətinə həbs edib.
Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, onlar İrəvan metropolitenində xuliqanlıq şübhəsi ilə saxlanılıblar.
Hadisə zamanı ümumilikdə dörd rusiyalı və bir Litva vətəndaşı metroda vandalizmə görə saxlanılıb.
Bildirilir ki, sərnişinlərdən biri qatarın "qəza düyməsi"ni sıxıb. Maşinist bu barədə dispetçerə məlumat verərkən maskalı beş nəfər vaqonları boyayıblar. Onlar Gürcüstanla sərhədi keçmək istəyərkən ələ keçiblər.
Barələrində xuliqanlıq maddəsi üzrə cinayət işi qaldırılıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış