Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları bir gün əvvəl məhkəmə zalından qaçmağa nail olmuş məhbusu taparaq yenidən həbs ediblər.
Oxu.Az xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Axtarışda olan şəxsin bu gün Kotayk vilayətində fərdi yaşayış evlərinin birində aşkarlanaraq saxlanıldığı bildirilir.
Qeyd edək ki, hadisə dünən baş verib və məhbus Armavir vilayətində yerləşən ümumi yurisdiksiya məhkəməsinin binasından qaçaraq gizlənmişdi.
Qaynar xətt:
(055) 224 12 12