Rusiya hərbi bazası ilə problemlər mövcuddur.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Martun Qriqoryan “Joxovurd” qəzetinə bildirib.
“Yerli məsul şəxslər ciddi nəzarət yaratmalıdırlar. Baş verənlər hakimiyyətin konkret tələblərin irəli sürməsi üçün səbəbdir”, - o deyib.
Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının sərxoş hərbçisi yerli sakinin evinə girməyə çalışıb. Bəzi məlumatlara görə, o, qonşu binanın 4-cü mərtəbəsində yaşayan tanışını mənzili ilə səhv salıb.