Ermənistanda Rusiya hərbi qulluqçusu təsadüf atəş nəticəsində xidmət yoldaşını öldürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS nəşri Cənub Hərbi Dairənin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hadisə oktyabrın 23-də Alaqyaz poliqonunda baş verib. Rusiyalı hərbi qulluqçu təhlükəsizlik tələblərini kobud şəkildə pozaraq əsgər yoldaşını qətlə yetirib. Hadisədən sonra o, özünü də güllələyərək öldürüb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az