Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistanda “Sputnik” radiosunun yayımı dayandırıldı
Ermənistanın Televiziya və Radio Komissiyası “Sputnik Ermənistan” radiosunun ölkədəki retranslyatoru olan “Tospa” radiostansiyasının lisenziyasını 30 gün müddətinə ləğv edib.
Ermənistan mediasının məlumatına görə, komissiya başqa bir qərarı ilə yayımçını 500 min dram (təxminən 1200 dollar) cərimələyib.
Tənzimləyicinin ilk qərarı “Tiqran Keosayanla cümə” proqramı ilə bağlıdır. Bildirilir ki, bu proqramda müəllif ölkənin, xalqın şərəf və ləyaqətini alçaldan ironik bəyanatlar verib.
İkinci qərar (cərimə) isə keçmiş deputat Arman Abovyanın proqramı “Abovyan vaxtı”na aiddir. Burada komissiya çaxnaşma yayan, təsdiqlənməmiş və etibarsız mənbələrə əsaslanan ifadələr tapıb.
Rəylər