Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan və onun həyat yoldaşı müğənni Siruşo növbəti dəfə ABŞ-a gedə bilməyiblər.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb.
Qəzet mənbəyə istinadən bildirib ki, ABŞ-ın Ermənistandakı səfirliyi Köçəryan cütlüyünə viza verməyib.
“İş orasındadır ki, onlar uşaqları ABŞ-da anadan olan zaman vizada göstərilmiş ölkədə olma müddətinə riayət etməyiblər.
Məlumatın həqiqətə uyğun olub-olmamasını araşdırmaq üçün Siruşoya müraciət etdik. Lakin müğənni zəngə görə əsəbiləşib və sualla bağlı öz nümayəndəsinə müraciət etməyi məsləhət görüb. İstənilən halda, Siruşo məlumatı nə təkzib, nə də təsdiq edib”, - qəzet yazıb.