Ermənistanın Lori bölgəsinin rəhbərliyi qubernator Aram Xaçatryanın stilist Armen Xudadyanı Vanadzor şəhərində 20 illik səmərəli işinə görə təşəkkürnamə ilə təltif etməsi barədə xəbər yayıb.
Caliber.Az erməni mediasına istinadən yazır ki, Armen Xudadyan qubernatorun xanımının bərbəridir.
Yeri gəlmişkən, qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da həyat yoldaşının bərbərini köməkçisi təyin edib.