Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ermənistanın partiya sədri: "Serj Sarqsyan hakim qarşısına çıxmalıdır"
"Ermənistanın keçmiş prezidentləri Serj Sarqsyan və Robert Koçaryan təkcə etdiklərinə görə deyil, həm də etmədikləri və xalqı məhrum etdikləri şeylərə görə də məsuliyyət daşımalıdırlar".
Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu ölkənin müxalif "Respublika naminə" partiyasının sədri Arman Babacanyan deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın iradəsi və bacarığı çatmadığından hər iki şəxs cəzadan yayına bildilər: "Serj Sarqsyanın siyasətə qayıtmaq haqqı yoxdur".
Partiya sədri vurğulayıb ki, S.Sarqsyanın hakimiyyəti dövründə oliqarxik siyasi sistem, avtoritar idarəçilik mədəniyyəti formalaşıb:
"Onun adı korrupsiya, seçkilərin saxtalaşdırılmasının rəmzi sayılır. Xalqın seçimini və gələcəyini oğurlamış şəxs partiya salonlarında çıxış etməli deyil, hakim qarşısına çıxmalıdır".
"Ermənistan" teqi üzrə xəbərlər
- Ramid Namazov: "Avropa İttifaqının missiyası sülhə mane olur"
- Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
- İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı
- Ermənistan hökuməti terror təşkilatına maliyyə yardımı edir
- Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirak edəcək?