Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əsma Əsəd təcrid olunub
Suriyanın keçmiş prezidentinin xanımı Əsma Əsədi leykemiyaya (qan xərçəngi) görə müalicə edən həkimlər onun sağ qalma şansını 50/50 olaraq qiymətləndirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, keçmiş prezidentin həyat yoldaşı ona yoluxucu xəstəliklərin keçməsinin qarşısını almaq üçün təcrid olunub. Əsma Əsədin başqa insanlarla eyni otaqda olması qadağandır, lakin atası Fəvaz əl-Əxras bir müddət Moskvada onun yanında olub.
Qeyd edək ki, Əsma Əsəd ən azı 2024-cü ilin may ayından leykemiyadan müalicə alır.
"Əsma Əsəd" teqi üzrə xəbərlər
- Məşhur nəşr məxfi sənədlər dərc etdi: Bəşər Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib?
- Əsma Əsəd Britaniyaya köçür? - Boşanma məsələsi ilə bağlı yeni açıqlamalar
- Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd daha bir zərbəni həyat yoldaşından aldı
- Bəşər Əsədin ailəsi Rusiyaya yollanıb
- Suriya prezidentinin həyat yoldaşında ölümcül xəstəlik aşkarlandı
Ən çox oxunanlar