Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Etirazçılar Xameneinin oğluna səsləndilər: “Müctəba, öləsən, rəhbərliyi görməyəsən!” - VİDEO
Ötən gecə Tehranın mərkəzi küçələrindən birində Xameneiyə etiraz edən insanlar oğlu Müctəbanın atasının yerinə İranın növbəti dini rəhbəri postuna gətiriləcəyinə qarşı narazılıqlarını bildirib, bununla bağlı şüarlar səsləndiriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Qeyd edək ki, İranda artıq xeyli müddətdir ki, ayətullah Xameneinin oğlu Müctəba Xameneini öz yerinə hazırladığına dair söz-söhbətlər dolaşır.
İranda ali rəhbər olmaq üçün mərcəyi-təqlid (Böyük müctəhid) olmaq lazımdır. Bu dini rütbələrə nail olmaq üçün risalələr yazmaq lazımdır. Müctəba Xamenei müctəhidlikdən tez bir vaxtda höccətül-islam pilləsinə qaldırılıb. Höccətül-islam vəl-müslimin şiə iyerarxiyasında üçüncü məqamdır.
"İran" teqi üzrə xəbərlər
- İranda İlaxır çərşənbədə beş mindən çox adam xəsarət alıb, ölənlər var
- İranda əxlaq polisi tarixə qovuşacaq
- Avtomobildə yemək bişirən iranlı bloqer məhkəməyə çağırılıb
- İranın husilərə hərbi yardım göstərməsi ilə bağlı yeni məqamlar üzə çıxıb
- İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib