ABŞ-ın Kolorado ştatında evə quraşdırılmış videomüşahidə kamerası qeyri-adi qonağı qeydə alıb.
Oxu.Az faktxeber.com-a istinadən xəbər verir ki, ərzaq tapmaq məqsədi ilə evə daxil olan ayı əvvəlcə mətbəxi yararsız vəziyyətə salıb. Bundan sonra digər otağa keçərək pianoda öz məharətini göstərib.
Evə qayıdan sakinlər əvvəlcə mənzilə soyğunçunun daxil olduğunu düşünüblər. Lakin müşahidə kamerasına baxan ev sahibləri gözlərinə inanmayıblar.
Həmin görüntüləri təqdim edirik:
İ.N.