Emmanuel Makronun Ukraynada davam edən müharibəyə hərbçi göndərmək barədə açıqlamasına və onun ölkə daxilində yürütdüyü siyasətə etiraz etmək istəyən Fransa vətəndaşı saxlanılıb.
Polisə onun aksiyaya hazırlaşması barədə məlumatı etirazçının kirayədə qaldığı evin sahibi verib.
Evdə axtarış aparan polislər “Yaşasın Putin”, “Makron fırıldaqçıdır”, “Makron burnunu kokainlə pudralayan dəli psixopatdır, bizi müharibəyə aparmaq istəyir” yazılmış plakatları aşkar ediblər.
51 yaşlı şübhəli polis tərəfindən saxlanılıb. O, aksiyaya hazırlaşdığını etiraf edib.
Həmin şəxs qanunsuz aksiya keçirmək niyyətində olduğuna görə pul cəriməsi ödəyəcək.
Mənbə: Lemediaen442.fr
Rəylər