Braziliyanın “Evsiz fəhlələr hərəkatı”nın nümayəndələri DÇ-2014-ün keçirilməsinə etiraz edən aksiyalarını turnir vaxtı keçirməyəcəklərini bəyan ediblər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə hərəkatın liderlərindən biri fransız informasiya agentliyinə deyib. Onun sözlərinə görə, hakimiyyət bəzi güzəştlərə getməyə razılaşıb.
Amma San-Paula şəhərinin metropoliten işçiləri əgər onların məvaciblərini qalxması tələbi yerinə yetirilməzsə, etiraz aksiyalarının bərpa edilməsini tələb edirlər.
Turnirin təşkilat komitəsinin Braziliya rəhbəri BBC-yə bildirib ki, əgər metro işçiləri aksiyanı bərpa etsələr bu dəhşətli olacaq.
Amma San-Paula qubernatoru hakimiyyətin hadisələrin belə dönüşünə hazır olduğunu və onların əgər metro dayanarsa rezerv planı mövcud olduğunu bəyan edib.