Sosial media nəhəngi Facebook ödəniş xidmətləri sahəsinə daxil olmağı planlaşdırır.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Facebook, hesablararası pul köçürmələrini təşkil edərək, xüsusilə inkişaf edən bazarlarda böyüməyi hədəfləyir.
Hazırda Facebook, gəlirinin çoxunu səhifələrdəki reklamlar sayəsində qazanır.
Facebook bu xidməti göstərmək üçün Londonda yerləşən pul transferi şirkətləri “TransferWise”, “Moni Technologies” və “Azimo” ilə danışıqlar aparır.