Dünyanın ən populyar sosial şəbəkəsi Facebook artıq WhatsApp servisini şəbəkəsinə birləşdirəcək.
Oxu.Az-ın ictnews.az-a istinadən məlumatına görə, WhatsApp-ı müstəqil platforma olaraq saxlamağa söz verməsinə baxmayaraq, Facebook servisi öz sosial şəbəkəsinə inteqrasiya etmək qərarına gəlib.
İstifadəçilərin artıq “like” düyməsinin yanında yerləşəcək “göndər” düyməsi vasitəsi ilə Facebook xəbərlərini və statuslarını WhatsApp mesajlarına çevirmək imkanının yaradılması nəzərdə tutulub. Hazırda bu funksiya beta-testləşmə mərhələsindədir.
E.Ə.
www.oxu.az