Amerika sosial şəbəkəsi “Facebook” smartfonlar üçün “WhatsApp” mesencerini alır.
Şirkət 16 milyard dollardan 4 milyardını nağd, qalan 12 milyardı isə “Facebook” aksiyaları vasitəsilə ödəyəcək.
Şirkət bildirib ki, “WhatsApp” yaradıcılarından biri Yan Koum şirkətin direktorlar şurasına üzv olacaq.
Sövdələşmədə, həmçinin 3 milyard məbləğində aksiyaların “WhatsApp” yaradıcılarına və əməkdaşlarına müqavilənin müddətinin başa çatmasından sonra 4 il müddətinə verilməsi nəzərdə tutulur.