“Spartak”ın fanatının yaxınları və adi vətəndaşlar da daxil olmaqla 500 nəfərə yaxın adam may ayının 15-də Puşkino dəmiryol stansiyasına yığışıblar.
Oxu.Az Ria Novosti-yə istinadən xəbər verir ki, mitinq zamanı bir neçə fəal futbol fanatları kütləvi çıxışlar edib, bundan sonra toplaşanların bir hissəsini şəhərin küçələri ilə aparıblar. Yürüş zamanı kütlə mikroavtobusu darmadağın edərək, onun Qafqaz millətlərindən birinin nümayəndəsi olan sahibini döyüblər.
Xatırladaq ki, dünən Moskva ətrafında yerləşən Puşkino şəhərinin minə yaxın sakini “Spartak”ın azarkeşi Leonid Safyanovun vəfat etdiyi yerə yığılaraq onu yad etmək istəyiblər. Öncə vəziyyət sabit olub, amma iştirakçıların sayı artdıqca kütlə aqressivləşməyə başlayıb.
Azarkeşlər Moskva ətrafında yerləşən tikintilərdən birinə soxulmaq istəyiblər, amma polislər onlara mane olublar. Bundan başqa, kütlə şəhər bazarını dağıtmağa başlayıb, amma orda da polis qüvvələri onları saxlayıb.
Verilən məlumata görə, 50 nəfərə yaxın adam saxlanılıb.