Türkiyənin "Fənərbağça" klubu yeni mövsümün ilk transferini 1 nömrə ilə - qapıçı ilə etməyə hazırlaşır.
Bu barədə Oxu.Az NTVSpor.net-ə istinadən xəbər verir.
Məlumata görə, Dominik Livakoviç ilə yolları ayırmağa hazırlaşan "Fənərbağça" onun yerinə fransalı qapıçı gətirir.
Klubun "Leeds United"in qapıçısı İllan Meslier ilə hər məsələdə razılıq əldə etdiyi bildirilir.
Müqaviləsinin son ilinə qədəm qoyan 25 yaşlı fransız qapıçının bu həftəsonu İstanbula gələcəyi qeyd edilir.
Ötən mövsüm "Championship"də 39 matça çıxan İllan Meslier 21 matçda qapını qollardan qoruması ilə diqqət çəkib.