Finlandiyanın mədən və kimya şirkəti "Terrafame" Avropa İttifaqında uran hasilatına başlayan ilk şirkət olub.
Bu barədə şirkətin press-relizində deyilir.
Artıq şirkət Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi Təşkilatından müvafiq icazə alıb.
"Terrafame" tərəfindən hasil edilən uran nüvə enerjisi istehsalında istifadə edilməzdən əvvəl sonrakı emal üçün xaricə daşınacaq. Ehtimal olunur ki, istismara verildikdən sonra zavod 2026-cı ilə qədər tam gücünə çatacaq.
Ən azı növbəti 30 ili əhatə edən istismar müddəti ərzində digər metallarla birlikdə uranın da istehsalını davam etdirmək planlaşdırılır.
Mənbə: prime.ru