Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Finlandiyada quş qripinə qarşı vaksinasiya başlayır
Finlandiyanın ən qısa zamanda quş qripinə qarşı peyvəndləmə kampaniyasına başlaması planlaşdırılır.
Bu barədə məlumatı ölkənin Sosial Müdafiə və Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Finlandiya 15 ölkənin iştirak etdiyi Aİ-nin birgə satınalmaları çərçivəsində peyvəndlər alacaq. Quş qripi peyvəndi "Seqirus UK Ltd" əczaçılıq şirkəti tərəfindən hazırlanıb. Bu peyvəndin tədarükü üçün müqavilə dörd il müddətinə qüvvədə olacaq.
Qeyd edək ki, indiyədək Finlandiyada insanların A(H5N1) virusuna - quş qripinə yoluxması faktı aşkar edilməyib.
Mənbə: TASS
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Bu ilin ilk altı ayında 22 mindən çox heyvan dişləməsi qeydə alınıb
- Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
- Hande Harmancı: "HPV vaksini bir neçə il ərzində milli peyvənd təqviminə salına bilər"
- Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib - Aralarında nüfuzlu şəxslər də var
- Sosial xidmət müəssisələrindəki xidmətlərin keyfiyyətinə nəzarət üçün Monitorinq qrupu yaradılacaq
Ən çox oxunanlar