Flippinin Kaqayan vilayətində buldozer 4 milyon dollar dəyərində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 60 lüks avtomobili məhv edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “The Telegraph” nəşri məlumat yayıb.
Nəqliyyat vasitələri prezident Rodriqo Dutertenin sərəncamı əsasında korrupsiya ilə mübarizə kampaniyası çərçivəsində məhv edilib. Həmin avtomobillər arasında “Lamborghini”, “Porsche”, “Mercedes Benz” markalı avtomobillər, eləcə də “Harley Davidson” markalı motosiklet də olub.
“Mən maşınları məhv etməyi tapşırdım. Əgər siz ölkədə korrupsiyanın olduğunu deyirsizsə, bu var. Mən ona bir günə qalib gələ bilmərəm. Ancaq mən dünyaya göstərməliyəm ki, Flippin investisiya və biznes inkişafı üçün yaxşı yerdir”, - prezident bildirib.
Flippin prezidenti lüks avtomobilləri məhv etdi - VİDEO
Rəylər