"Ukrayna üçün ən ağır və həlledici qış gəlir. Onun zədələnmiş enerji sistemi soyuq aylarda bütün ölkəni elektrik enerjisi ilə təmin etmək iqtidarında deyil".
Oxu.Az xəbər verir ki, bunu "Foreign Affairs" nəşri yazıb.
Ukraynada payız-qış dövrünə minimal gücü olan istilik elektrik stansiyaları ilə başlandığını bildiriblər:
"İstilik sistemi hələlik işləyir, lakin temperatur düşür və Ukrayna soyuq aylarda elektrik təchizatında ciddi fasilələrə hazır olmalıdır. Hətta Kiyevin mərkəzi də hər gün bir neçə saat işıqsız qalır", - deyə məqalədə bildirilir.