İyunun 27-də Fransada başlayan etirazlar nəticəsində 492 binaya ziyan dəyib, 2000 avtomobil yandırılıb, 3880 yanğın qeydə alınıb və 249 polis əməkdaşı yaralanıb.
Bunu ölkənin daxili işlər naziri Cerald Darmanin deyib.
O, qeyd edib ki, polis orta yaşı 17 olan 917 nəfəri saxlayıb.
“Bizim ölkədə fövqəladə vəziyyətin tətbiq edilməməsi o demək deyil ki, bizim müstəsna vasitələrimiz yoxdur. Həmin müstəsna vasitələr bu axşam istifadə olunacaq”, - Darmanin bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron hələ ki, ölkədə fövqəladə vəziyyətin tətbiqinə ehtiyac görməyib. Lakin etirazların miqyasının getdikcə genişləndiyini nəzərə alsaq, yaxın günlərdə vəziyyət dəyişə bilər.
Mənbə: Meduza