Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransa Ermənistandan sonra Moldova ilə də müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Fransa və Moldova müdafiə sektorunda əməkdaşlıq haqqında saziş imzalayıb. Moldova Prezidenti Maya Sandunun Parisə səfəri zamanı baş tutan imzalanma mərasimi Yelisey sarayının saytında yayımlanıb.
Makronun sözlərinə görə, yaxın vaxtlarda Kişineuda Fransa Müdafiə Nazirliyinin daimi nümayəndəliyi açılacaq. Bu nümayəndəliyin əsas vəzifəsi Moldova hərbçiləri üçün təlimlərin təşkili olacaq.
Bundan əlavə, mərasimdə 2024-2029-cu illəri əhatə edən iqtisadi əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb.
Qeyd edək ki, daha öncə Fransa Ermənistanla da hərbi əməkdaşlıq barədə razılığa gəlib.
Mənbə: TASS
"Fransa" teqi üzrə xəbərlər
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu
- Fransada milli matəm elan edilib
- Pol Poqbanı qaçırıb pul tələb edən qardaşına hökm oxundu
- Fransada təbii fəlakət: Ölənlərin sayı 60 minə çata bilər
Ən çox oxunanlar
Rəylər