Oktyabrın 9-da Fransa HHQ (Hərbi hava qüvvələri) “İslam dövləti” (İŞİD) terror qruplaşmasının Suriyada yerləşən təlim düşərgəsinə aviazərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters ölkənin müdafiə naziri Jan-İv Le Driana istinadən xəbər verir.
“Fransa “İslam Dövləti”nin yaraqlılarına Rakkada hücum edib. Bu, bizim nə birinci, nə də sonuncu əməliyyatımızdır. “Rafali”lər yaraqlılarının düşərgələrini bombalayıblar. Qoyulan tapşırıq yerinə yetirilib”, - Drian bəyan edib.
Suriyada ekstremistlərin mövqelərinə ilk bombardmanı Fransa HHQ sentyabrın 30-da həyata keçirib. O zaman 30 yaraqlı məhv edilmişdi.