Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransa Seneqaldan dəniz qoşunlarını çıxarmağa başlayıb
Fransa Seneqaldan dəniz qoşunlarını çıxarmağa başlayıb.
Qeyd olunub ki, qoşunların tam olaraq çıxarılması iyunun sonundan gec olmayaraq həyata keçiriləcək. Nəticədə Fransanın Seneqaldakı hərbi mövcudluğu 500 əsgərdən 260-a enəcək.
Seneqalda qalan fransız hərbçiləri əsasən təlimatçılardır. Onlar Seneqal əsgərlərinə təlim verməyə davam edəcəklər.
Xatırladaq ki, 2022-ci ilin payızında Fransanın Prezidenti Emmanuel Makron 2014-cü ildən Qərbi Afrikada Sahel zonasında keçirilən “Barxan” əməliyyatının başa çatdığını elan edib. Mali və Niger hakimiyyətinin tələbi ilə onların ərazilərində yerləşən fransız qoşunları da tamamilə çıxarılıb.
Mənbə: TASS
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Fransa müxalifəti "monarx" Makronun devriləcəyini proqnozlaşdırır
- Afrikanı itirmiş Makron təskinliyi Livanda axtarır
- Burkina-Faso prezidenti: "Fransa Afrika sayəsində mövcuddur, bizə dua etsinlər"
- Müasir Fransanın reallığı - xarici siyasətdəki səriştəsizlik
- Makron Fransası ciddi sınaqlar qarşısındadır - "Kaspi"nin təhlili
Rəylər