Fransa hakimiyyəti "X" sosial şəbəkəsində mümkün alqoritm manipulyasiyası və saxta məlumatların çıxarılması ilə bağlı araşdırmaya başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə platformanın rəsmi səhifəsində məlumat verilib.
"X" bu ittihamları qəti şəkildə rədd edir", - deyə bəyanatda bildirilib.
Nəşrdə qeyd olunur ki, istintaqın təşəbbüskarı fransız siyasətçi Erik Botorell olub. Şirkət nümayəndələrinin sözlərinə görə, bu cür hərəkətlər istifadəçilərin məxfilik və söz azadlığı hüquqlarını təhdid edir.