Fransanın şimal-şərqində Somma departamentində atışma nəticəsində üç nəfər ölüb, daha dörd nəfər isə ağır yaralanıb.
Bu barədə Oxu.Az France info-ya istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, ölənlər bir kişi, bir qadın və bir azyaşlı uşaqdır. Yaralananlar arasında iki hüquq-mühafizə orqanlarının əməkdaşı var.
Qeyd olunur ki, atışma səyahətçilərin düşərgəsində baş verib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.