Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Fransada dünyanın ən uzun mal əti sendviçi hazırlandı
Fransada keçirilən “Festival de la viande” (“Ət festivalı”) iştirakçıları sentyabrın 4-də “France Bleu” nəşri tərəfindən təqdim edilən ən uzun ətli sendviçin hazırlanması üzrə dünya rekordunun sahibi olublar.
Həftə sonu Evron şəhərində keçirilən 57-ci festivalda nümayiş edilən mal əti sendviçinin uzunluğu 241,20 metrdir.
Onun hazırlanmasına 400 uzun çörək (baget) lazım olub. Dünyanın ən uzun mal əti sendviçi daha sonra 1200 kiçik hissəyə kəsilərək festival tamaşaçılarına pulsuz paylanıb.
Sendviçi yeməyə isə 15 dəqiqədən də az vaxt lazım olub.
Mənbə: rossaprimavera.ru
"Fransa" teqi üzrə xəbərlər
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
- Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı
- Fransa parlamenti Rusiyaya qarşı qətnamə qəbul etdi
- Makron bəzi ölkələrin baş qərargah rəisləri ilə görüşüb
Ən çox oxunanlar