Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Fransada etirazlar səngimir: Təhlükəsizlik tədbirləri gücləndirildi - VİDEO
Fransanın daxili işlər naziri Gerald Darmanin fermerlərin Paris yaxınlığındakı ən böyük ərzaq bazarını bağlamaq təhdidləri ilə əlaqədar paytaxt ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.
Qeyd olunur ki, daxili işlər naziri bazar günü səhər təhlükəsizlik iclası keçirib.
O, təhlükəsizlik xidmətlərinə paytaxt yaxınlığındakı ərzaq bazarının, İl-de-Frans bölgəsinin hava limanlarının blokadaya alınmasının qarşısını almaq üçün əhəmiyyətli müdafiə tədbirləri həyata keçirməyi, həmçinin Parisə hər hansı girişin qarşısının alınmasını tapşırıb. Jandarmeriyanın təkərli zirehli texnikası ilə gücləndirilmiş mobil qüvvələr hadisə yerindədir və girişə nəzarət edirlər.
Fransız fermerlər etirazlar zamanı polis maşınını peyinlə doldurublar.
Mənbə: BFMTV
"Fransa" teqi üzrə xəbərlər
- Rusiya XİN: "Makron Putinə zəng etmək əvəzinə, ictimai ritorika taktikasına üstünlük verib"
- Makron Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəsə qarşı çıxdı
- Fransanın artan müdafiə xərcləri ilə bağlı problemləri yaranıb
- Starmer və Makron Zelenskini Trampla görüşdə müşayiət edə bilərlər
- Avropa Komissiyası avtomobil istehsalçılarına iki il möhlət verdi