Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makronun Parisdə məşhur “l’Accor Arena” konsert salonunda baş tutan Elton Conun konsertinə qatılmasının görüntüləri yayılıb.
Onun bu addımı böyük hiddətə səbəb olub. Fransa prezidentinin konsertdə iştirakının gizli saxlanılması cəhdlərinə baxmayaraq, bununla bağlı videogörüntülər mətbuata sızıb və sosial şəbəkələrdə paylaşıldıqdan sonra ciddi şəkildə qınanıb.
Ölkədə yeniyetmənin polis tərəfindən öldürülməsi ilə bağlı iğtişaşlar fonunda onların konsertdə əylənməsi və rəqs etməsi ictimaiyyəti qəzəbləndirib. Sosial şəbəkə istifadəçiləri tərəfindən Makronun ünvanına çox sayda tənqidi ifadələr səsləndirilib. Sosial şəbəkədə “Heç nə onun vecinə deyil”, “O, indi hadisələrin mərkəzində olmaq əvəzinə, əylənir”, “küçələrdə vandallıq, soyğunçuluq baş alıb gedir, Makron isə əylənir” fikirləri sürətlə yayılmaqdadır. Onun baş verən hadisələrə biganə olması, küçələrdə vandallığın, soyğunçuluğun baş alıb getdiyi bir vaxtda əylənməsi bir o qədər də anlaşılan deyil. Demək ki, bu addım bir daha onu sübut edir ki, E.Makronu sadə fransızların qayğıları yox, onu hakimiyyətə gətirmiş marjinal qrupların o cümlədən erməni lobbisinin tələbləri maraqlandırır.
Xatırladaq ki, Fransanın Nanter şəhərində 17 yaşlı yeniyetmənin polis tərəfindən sinəsindən vurularaq öldürülməsindən sonra ölkədə başlayan şiddətli iğtişaşlarda yüzlərlə insan həbs edilib.
01:42
İtalyan model Bianka Brandolini Elton Conun konsertindən foto paylaşıb.
Şəkildə siz Fransa prezidenti Emmanuel Makronu görə bilərsiniz. O, ölkəsində iğtişaşlar olduğu bir vaxtda konsertdə iştirak edib.
Konsert Parisdəki “Accor Arena”da baş tutub. Eyni zamanda Fransanın bir neçə şəhərində iğtişaşlar baş verib.
Bu fakt müxalif siyasətçilər tərəfindən Fransa prezidentinin tənqidinə səbəb olub. Belə ki, Avropa Parlamentinin Fransadan olan deputatı Tyeri Mariani bildirib ki, Makron özünü məsuliyyətsiz aparır.
“Fransanın alovlandığı bir vaxtda Makron nə daxili işlər nazirinin, nə də polisin yanında deyil. O, Elton Conu alqışlamağa üstünlük verir. Bu onun prioritetlərini göstərir. Bu, məsuliyyətsizlikdir”, - deyə o bildirib.
Xatırladaq ki, iyunun 27-də Fransanın Nanter şəhərində bir polis polisin əmrini yerinə yetirməkdən boyun qaçıran 17 yaşlı yeniyetməni güllələyib. İyunun 29-da anım yürüşü keçirilib və bu, sonradan polislə toqquşmaya çevrilib.
Rəylər