Fransanın Le-Man şəhərində məscidə qumbara atıblar.
Fransa KİV-nin məlumatına görə, qumbara duaların oxunduğu yerə düşüb. Məscidin şüşələri qumbaranın qəlpələrindən sınıb.
Axtarış zamanı daha üç partlamamış qumbara aşkar olunub.
13:14
Fransada məscid yaxınlığında yerləşən restoranda partlayış baş verib, RFİ radiostansiyası xəbər verir.
Oxu.Az-ın məlumatına görə, xəsarət alan yoxdur.
Partlayış Vilfranş-sür-Sonda baş verib.
Qeyd edək ki, bundan əvvəl Parisin cənubunda atışma baş verib. Atəş açanın “afrikalı” olduğu bildirilir.
Polisin həmin şəxsin Charlie Hebdo jurnalının redaksiyasına hücum edənlərlə əlaqəsi olub-olmadığı barədə məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.
Fransada üçgünlük matəm elan olunub.