Fransa Milli Assambleyasının (parlament) deputatı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
“Journal du Dimanche” xəbər verir ki, millət vəkilinin koronavirusa yoluxduğuna dair şübhələr var.
Hazırda Elzas bölgəsindən “Respublikanlar” Partiyasını təmsil edən deputat tənəffüs yolları problemi ilə intensiv terapiya şöbəsində müalicə alır.
Onun koronavirusa yoluxub-yoluxmadığı hələ müəyyən edilməyib.
Qeyd edək ki, həmin deputat son dəfə fevralın 25-i parlamentin iclasına qatılıb.
Xatırladaq ki, son məlumatlara əsasən, Fransada koronavirusa yoluxanların sayı 420 nəfərdən çoxdur.
Onlardan yeddisi artıq vəfat edib.